10 may 2024 at 15:59
Jurnalist kodu: 5564
Xəbər kodu: 85472310
T T
0 Persons
Prezident səs verdi - Rəisi: İranda demokratiya sözdə deyil, əməldə həyata keçirilir

Tehran - İRNA - Prezident xalqın səsi ilə İslami Şura Məclisinin təyin olunmuş vaxtda qurulacağına və güclü Məclis formalaşacağına ümidvarlıq ifadə edərək dedi: “Güclü Məclis ölkə üçün lazım olan qanunları qəbul edə və güclü yol aça bilər. Güclü Məclis güclü hökumətlə birlikdə güclü İran yarada bilər.”

Seyid İbrahim Rəisi bu cümə günü günorta saatlarında Tehranın cənub-qərbindəki “Həzrət Sahib Əz-Zaman” came məscidində elektron şəkildə keçirilən İslami Şura Məclisi seçkilərinin ikinci mərhələsində iştirak etdi.

Ayətullah Rəisi səsvermədə iştirak etdikdən sonra dedi: “Təhlükəsiz, sağlam və iştirakçılıq əsasında seçki keçirilməkdədir.”

Prezident vurğuladı: “İran İslam Respublikasının iftixarlarından biri də budur ki, bizim sistem insanların səsləri və rəyləri üzərində qurulmuşdur. Bu ölkədə bütün qurumların formalaşması xalqın səsinə əsaslanır. Digərləri özünü demokratik kimi göstərir və xalqın səsindən danışır, amma İslam Respublikası sistemi demokratiyaya əməl edir.”

Rəisi əlavə etdi: “Düşmənlərin kin və nifrətinin səbəbi İslam quruluşunun xalqın səsi və iradəsi üzərində qurulduğunu görmələridir. Ümid edirəm ki, xalqın səsi ilə İslami Şura Məclisi təyin olunmuş vaxtda qurulacaq və güclü Məclis formalaşacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .